29.09.2021
28 sentyabr 2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalıq kənd kitabxana filialının və Yanşaq kənd kitabxana filialının təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan MAXE (müddətdən artıq xidmət edən ) Minaatanların İdarəetmə komandiri Məmmədov Elşən Dağıstan oğlunun ailəsi ilə “Tarix yazan qəhrəmanlar” adlı görüş keçirilmişdir.
Görüşdə Almalıq kənd kitabxana filialının müdiri Mehralıyev Adil çıxış edərək , Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan Vətən oğullarının qəhrəmanlığından danışdı. Şəhidin atası Məmmədov Dağıstan oğlunun Qarabağda Azərbaycan xalqının apardığı haqq savaşında yaxından iştirak etmiş, döyüş meydanında xeyli sayda yaralı hərbiçi yoldaşlarını çıxarıb və son nəfəsinə qədər döyüşüb şəhid olmağından danışdı.
Məmmədov Elşən Dağıstan oğlu 19 oktyabr 2020-ci il tarixində Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bərdə rayonun Qazaxlar kənd qəbirstanlığında dəfn olunub.
Görüşün sonunda şəhidin məzarı ziyarət olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Məmmədov Elşən Dağıstan oğlu “Vətən uğrunda” və “Suqovuşanın azad olunması” uğrunda medalları ilə təltif olunmuşdur.